"Qələbə daha yaxşı olardı" - Ayxan Abbasov

Azərbaycan Premyer Liqasının 19-cu turunda "Sumqayıt" səfərdə "Səbail"lə 0:0 hesablı heç-heçə edib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra qonaqların baş məşqçisi Ayxan Abbasov fikirlərini bildirib:

"Əlbəttə, bu həftə bizi ağır oyun gözləyirdi. Bilirdik ki, qış fasiləsindən sonra ən yaxşı komandaya qarşı oynayırdıq. Həmkarım Aftandil Hacyevin Premyer Liqada ilk ilidi, yaxşı komanda yaradıb və ona uğurlar arzulayıram. Ardıcıl 4 oyunda məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən hazırlamaq çətindi. Futbolçularıma göstərdikləri xatarkterə görə təşəkkür edirəm. Düzdür, qələbə daha yaxşı olardı. Ancaq uduzmadıq, qış fasiləsindən sonra ilk xalımızı qazandıq. Çalışacağıq ki, bu durumdan çıxaq. Bunun üçün bizə indi ilk növbədə birlik lazımdı. Azarkeşlərimizə dəstəyə görə minnətdaram".

Gənc mütəxəssis komandanın hücumçusu Peyman Babayinin oyunu barədə danışıb: 

"Peyman qol vurmasa da, pis təsir bağışlamadı. Atilla Yıldırım da komandamızın üzvüdür. Kiminsə oynamaması zəif olması demək deyil. Son məşqlərdə qərar veririk. Hamısı bizim üçün dəyərlidir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right