Mövsümün ən gənc futbolçusu "Səbail"li oldu

 Premyer Liqasının 2018/19 mövsümündə yeni rekord qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, “Səbail”in futbolçusu Ədilxan Qarəhmədov cari çempionatda meydana çıxan ən gənc futbolçu olub. “Sumqayıt”la XIX turun bu gün keçirilən matçının (0:0) gedişində zədə alan komanda yoldaşı Vüqar Bəybalayevi  əvəzləyən Ədilxan ölkə çempionatının yüksək dəstəsində debüt edib. Onun debütü 17 yaş 268 günlüyünə təsadüf edib.

Mövsümün yeni rekorduna imza atan futbolçu “Sabah”ın üzvü Şakir Seyidovun göstəricisini yeniləyib. XII turun “Qarabağ”la matçında debüt edən sonuncu meydana 17 yaş 326 günlüyündə çıxıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right