Meydançanı xərəkdə tərk edən oyunçumuzun son durumu!

Zədədən qayıtdıqdan sonra “Səbail”in heyətində yerini möhkəmlədən Vüqar Bəybalayev bu gün xoşagəlməz halla üzləşdi.

Newsport.az-ın məlumatına görə, XIX turun açılış görüşündə “Sumqayıt”ı qəbul edən “Səbail”in üzvü Bəybalayev rəqib futbolçunun açıq-aşkar dirsək zərbəsindən sonra yerdə qaldı.

Hakim həmin epizodda sarı vərəqə göstərməsə də, bunu etməyə borclu idi. Çünki zərbə açıq şəkildə endirilmişdi. Zərbədən huşunu itirən Bəybalayev meydançanı xərəkdə tərk etdi. 

Futbol11.az saytının məlumatına görə, Vüqar Bəybalayevin sağ gözü zərbənin təsirindən tamamilə şişib və açılmır. Bundan əlavə baş gicələnməsi və ürək bulanması halları müşahidə olunub. Futbolçu özünü hazırda yaxşı hiss etsə də, bizdə olan məlumata görə, matç başa çatdıqdan sonra futbolçunun beyninin silkələnib-silkələnmdiyinə tam əmin olmaq üçün müvafiq işlər həyata keçiriləcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right