"Baş məşqçilik karyeramda belə bir şey yaşamamışdım" "Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı

Türkiyə kubokunun 1/4 final mərhələsində "Akhisarspor"a hər iki oyunda uduzaraq (1:2, 1:3) mübarizəni dayandıran "Kasımpaşa"nın baş məşqçisi Mustafa Dənizli açıqlama verib.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis son altı oyunda uduzan komandasından danışıb: "Kasımpaşa"ya önəmli işlər görmək üçün gəldik. Qış fasiləsində etdiyimiz dəyişikliklər bizə düşündüyümüz faydaları vermədi. Heç əksini belə fikirləşmədiyimiz duruma düşdük. Baş məşqçilik karyeramda belə bir şey heç vaxt yaşamamışdım. Heç bunun yarısını belə görməmişəm. Bu hal məni çox yaralayır. Üzüntüm qat-qat çoxaldı. Çox çətin vəziyyətdəyik. Çox deyəcək nəsə yoxdur".

"Kasımpaşa" Super Liqanın son 10 oyununda 8 məğlubiyyət alıb, 1 heç-heçə edib, 1 qələbə qazanıb. Komanda 29 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Mustafa Dənizli 2013/14 mövsümündə "Xəzər Lənkəran"ı çalışdırıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right