"Neftçi" "Sabah"la oyunun hazırlıqlarını tamamladı

“Neftçi” Azərbaycan Premyer Liqasının 19-cu turunda qarşılaşacağı “Sabah”la matçın hazırlığını tamamlayıb.

Newsport.az-ın məlumatına görə, “ağ-qaralar” bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə oyunöncəsi son məşqə çıxıb.

Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib. Məşqə zədəli Rəhman Hacıyevdən başqa bütün futbolçular qatılıblar.

Qeyd edək ki, “Neftçi” – “Sabah” oyunu bu gün saat 18:30-da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right