“Neftçi”dən 5 cavabsız qol, Ağsuda “qol yağışı”

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 17-ci tura yekun vurulub.

Newsport.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma baş tutub.

“Kəpəz” səfərdə “Qaradağ Lökbatan”a, “Zaqatala” isə doğma meydanda “Turan Tovuz”a minimal hesabla qalib gəlib.

“Neftçi”nin əvəzediciləri “Zirə”ni 5 cavabsız qolla məğlub edib. Yeddi qolun qeydə alındığı “Ağsu” – “Səbail-2” matçında isə qonaqlar sevinən tərəf olublar.

Birinci Divizion
17-ci tur
1 mart

Qaradağ Lökbatan – Kəpəz 0:1
Qol: Talıb Rzayev, 71.
Hakimlər: Rövşən Rəcəbov, Zöhrab Abbasov, Teymur Teymurov, Nahid Xasıyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

Zaqatala – Turan Tovuz 1:0
Qol: Rəhman Şabanov, 88.
Qırmızı vərəqə: Emin Bağırov, 90+5. (“Turan Tovuz”)
Hakimlər: Etibar Həsənov, Nahid Əliyev, Elxan Əsgərzadə, Ziya Nəsirov
Zaqatala şəhər stadionu

Neftçi-2 – Zirə-2 5:0
Qol: İsmayıl Zülfüqarlı, 29. Elnur Süleymanov, 62. Seymur Əliyev, 75. Əlibəy Məmmədli, 82. Əsgər Hüseynov, 87.
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Cavanşir Yusifov, İnqilab Məmmədov
“ASK Arena”

Ağsu – Səbail-2 3:4
Qol: Elnur Səmədov, 10; 55, Kənan Əşrəfli, 52 – Ramil Orucov, 20. Xəlil Bəşirov, 25;43. Təyyar Məmmədov, 42.
Qırmızı vərəqə: Fərrux Rəhimov, 37. Sahib Cümşüdov, 38 (Hər ikisi "Ağsu")
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Səbuhi Əmrahov, Elçin Məsiyev
Ağsu şəhər stadionu.

Turun digər oyunları:

Keşlə-2 – Sabah-2 0:2
MOİK – Şüvəlan 1:0
Qarabağ-2 – Sumqayıt-2 1:3

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right