Rauf Əliyevin qardaşı hakimi döydü

Həvəskar futbolçular arasında keçirilən Mini Futbol Liqasında (MFL) futbolçu hakimi döyüb.

Newsport.az-ın məlumatına görə, “Qala Sığorta” – “Sabko” komandaları arasındakı oyunda ikincilərin futbolçusu Ramin Əliyev matçın baş hakimi Nahid Xasıyevə hücum çəkib. 

Nəticədə qarşılaşma yarımçıq dayandırılıb. Azərbaycan Premyer Liqası oyunlarına da təyinat alan Xasıyev polisə şikayət edib. 

Əldə etdiyimiz məlumata görə, Ramin Əliyev Azərbaycan yığmasının və “Qəbələ” futbol klubunun üzvü Rauf Əliyevin qardaşıdır. 

Yığmamızın forvardı hətta hakimə zəng edərək şikayətini geri götürməsini xahiş edib.

“Qafqazinfo”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right