Avroliqa kuboku Bakıya nə vaxt gətiriləcək?

Avropa Liqasının kubokunun Bakıya gətiriləcəyi tarix açıqlanıb.

Newsport.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, kubok may ayının 16-da paytaxtımızda olacaq. Buna qədər isə o, müxtəlif vaxtlarda Avropanın 8 şəhərində Cenevrə (9 mart), Sevilya (22-23 mart), Berlin (29-30 mart), London (5-6 aprel), Milan (12 aprel), Moskva (20 aprel), Parisdə (10 may) nümayiş olunacaq. Səyahətdə Lotar Matteus, Deku, Andres Palop və Eydur Qudyonsen də iştirak edəcəklər.

Qeyd edək ki, bu mövsüm Avroliqanın final oyunu mayın 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right