“Qarabağ” uduzdu, lider tək qolla qalib gəldi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 17-ci tura start verilib.

Newsport.az xəbər verir ki, ilk oyun günündə 3 oyun keçirilib. 

Bu görüşlərdən ikisində qonaqlar, birində isə meydan sahibləri qələbəyə seviniblər.

Turun qalan oyunları sabah keçiriləcək.

Birinci Divizion
17-ci tur

28 fevral

Keşlə-2 – Sabah-2 0:2
Qol: Tural Nəsirov, 20. Reza Bigdelo, 58.
Qırmızı vərəqə: Vüqar Həsənov, 90+5 (“Keşlə-2”), Tahir Zeynalov, 88 (“Sabah-2”)
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Rəvan Həmzəzadə
“ASK Arena”

MOİK – Şüvəlan 1:0
Qol: Raul Yaqubzadə, 1.
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Elman Kərimov, Səbuhi Bayramov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

Qarabağ-2 – Sumqayıt-2 1:3
Qol: Con Delarj, 44 – İbrahim Əliyev, 14; 71. Murad Xaçayev, 21.
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Taleh Məmmədov, Orxan Məmmədov
“Azersun Arena”

Turun digər oyunları: 
Qaradağ Lökbatan – Kəpəz
Zaqatala – Turan Tovuz
Neftçi-2 – Zirə-2
Ağsu – Səbail-2





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right