U-16 Liqası: "Turan Tovuz" yenə darmadağın oldu

Dünən 1 oyunla U-16 Liqasında 20-ci tura start verildi. Turun açılış matçı Aviasiya Akademiyasının stadionunda keçirildi. «Zirə» son vaxtlar həddən artıq zəif çıxışla yadda qalan «Turan Tovuz»u qəbul etdi. Oyun qonaqların darmadağını ilə başa çatdı. Qələbə sayəsində «Zirə» 1 oyun çox keçirməklə 3-cü pilləyə yüksəldi. Görüş haqqında tura həsr olunmuş icmalımızda ətraflı məlumat verəcəyik.

 

20-ci turun qalan 6 oyunu bu gün keçiriləcək. Oyun həftəsinin mərkəzi matçı Qəbələdə baş tutacaq. Lider «Qəbələ» bürünc medallar uğrunda mübarizə aparan «Səbail»i qəbul edəcək. Digər oyunlardan liderlər qrupuna yaxın olan «Keşlə» və «Neftçi»nini iştirakı ilə keçiriləcəyi oyunların nəticəsi maraqla gözlənilir…

 

28 fevral

 

12:00 ROİL – «Sabah» (Aviasiya Akademiyasının stadionu)
12:00 «Neftçi» - «Neftçi» İK İB («Dalğa Arena»)
14:00 «Qəbələ» - «Səbail» (Qəbələ şəhər stadionu) 
14:00 «Sumqayıt» - «Qarabağ» (Sumqayıt, «Kapitalbank Arena»)
14:00 Gəncə TİM – «Keşlə» (Gəncə TİM-nin meydanı)
14:00 «Viləş» - İsgəndər Cavadov BFA (Masallı, A.Banişevski adına stadion)

 

Cəza səbəbindən turu buraxacaq futbolçular: Həsən Seyfullayev («Sabah»), Əbil Əbilov («Keşlə»), Qoşqar Babayev (İsgəndər Cavadov BFA).

 

Bombardirlər: Rauf Ağasənov («Səbail») – 25 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 22 qol, Arif Məmmədov («Səbail») – 18 qol.

 

«Het-trik news» qəzeti

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right