Çin klubu Dino Ndlovunu buraxmadı

"Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu Çinin I Divizion təmsilçisi "Hançjou Qrintaun"dan ayrılmaq variantı olub.

Newsport.az kickoff.com-a istinadən xəbər verir ki, Cənubi Afrika Respublikası millisinin üzvü elitaya vəsiqə qazana bilmədikləri üçün klubda xoşbəxt deyil. "Hançjou Qrintaun" 29 yaşlı hücumçu üçün Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı və Çinin digər iddialı klublarından təkliflər alıb. Ancaq klub Ndlovunu buraxmayıb. "Hançjou Qrintaun" Dinoya sərfəli müqavilə təklif edəcəyini desə də, danışıqlar bu ayın əvvəlində dayanıb. Bu vəziyyət isə cənubi afrikalı forvardı qane etmir. Ndlovunun klubu ilə müqaviləsi dekabrda başa çatacaq və həmin zaman Dino Çin təmsilçisindən ayrılmağı düşünür.

Qeyd edək ki, Ndlovu 2016-cı ildə Kiprin "Anortosis" klubundan "Qarabağ"a keçmişdi. Cənubi afrikalı forvard 2018-ci ilin qış transfer dönəmində "Hançjou Qrintaun"a keçmişdi. O, Çin I Divizionunda 24 oyuna 19 qol vurmuşdu. Dino "Qarabağ"da 32 oyunda 17 dəfə qapılara yol tapmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right