"FC Baku"dan "Qəbələ" üzərində sürpriz qələbə

Premyer Liqanın növbəti turunda «Zirə»nin qonağı olacaq «Qəbələ» bu gün yoxlama görüşü keçirib.

Newsport.az-ın məlumatına görə, əyalət təmsilçisi Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında «FC Baku» ilə üz-üzə gəlib.

Maraqlıdı ki, bu qarşılaşma Region Liqasının iştirakçısının qələbəsiylə başa çatıb. Növbəti mövsümdən I Divizionda iştirak etməyi planlaşdıran paytaxt komandası əsas heyətlə meydana çıxan rəqibinə 2:0 hesabıyla qalib gəlib.

Paytaxt-Şimal zonası üzrə qrupun lideri olaraq pley-off mərhələsinə vəsiqə qazanan «FC Baku»nu Eltun Hüseynov və Murad Səttarlı sevindirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right