Rəşad Sadıqov: "Beynəlxalq oyunlarımızı Qarabağda keçirməyi çox arzulayırıq"

Bu gün Xocalı faciəsindən 27 il ötür.

 

Newsport.az xəbər verir ki, Ağdamın "Qarabağ" klubu bu günlə əlaqədar sosial şəbəkə hesabında komandanın kapitanı Rəşad Sadıqovun açıqlamasını yerləşdirib. Təcrübəli müdafiəçi Rusiyanın "Matç! TV" kanalına müsahibəsində "Qarabağ" klubunda forma geyməyin məsuliyyətindən danışıb:

 

"Xüsusilə, yerli futbolçular üçün bu bölgəni layiqincə təmsil etmək çox önəmlidir. Hamı bilir ki, torpaqlarımız işğal edilib, amma bu, müvəqqətidir. Torpaqlarımızı ən qısa zamanda geri qaytaracağıq. Biz beynəlxalq oyunlarımızı orada keçirməyi çox arzulayırıq. İnanırıq ki, bu, bizə qismət olacaq. Baş məşqçimiz bütün komandaya daim bu hadisələri xatırladır. Baş məşqçimiz imkan olduqca hər məqamda, toplantılarda hansı bölgənin komandasını təmsil etdiyimizi, hansı klubun şərəfini qoruduğumuzu yadımıza salır". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right