"Neftçi"nin futbolçusu Latviya klubunda

"Neftçi"nin futbolçusu Elvin Sərkərov karyerasını Latviyada davam etdirəcək.

 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi "Dauqavpils” klubu ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə, Elvin Sərkərov başqa bir kluba transfer olunarsa, gəlirin böyük hissəsi "Neftçi”yə ödəniləcək. Bundan əlavə, U-21 milli komandamızın üzvü Azərbaycana qayıdacağı halda ilk seçimini "Neftçi” üzərində edəcək.

 

Qeyd edək ki, Sərkərov bu mövsüm 6 oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right