"FC Baku"dan bir-birinin ardınca tanınan transferlər

Region Liqasnın Paytaxt-Şimal zonası üzrə qrup lideri olan «FC Baku» pley-off mərhələsinə vəsiqə qazanıb.

Newsport.az-ın məlumatına görə, şəhər təmsilçisi ilk dəfə yarışdığı turnirdə birinci olmağı qarşısına məqsəd qoyub və bu istiqamətdə transfer çalışmalarını davam etdirir.

Millimizin keçmiş yarımmüdafiəçisi Murad Ağakişiyev bundan sonra «FC Baku»nun şərəfini qoruyacaq.

Həmçinin «Xəzər Lənkəran»ın yetirməsi İlyas Səfərov. «Turan»dan tanıdığımız  Fərmayıl Əliyev və sabiq «Simurq»lu Qərib İbrahimov da yeni yaranan kluba üz tutub.

Şahin Qəhrəmanovla Vüsal İsayevlə yanaşı, «Tufan»dan Məhəmməd Vəliyev, «Şüvəlan»dan Seyidrəzi Ağayev Bakının eyniadlı təmsilçisinə keçib.

Gedənlərin siyahısı da müəyyənləşməkdədi. Kamran Abdullazadə, Vüqar Nadirov, Ceyhun Cavadov və Elvin Həsənəliyev düşərgəni tərk edib (Sportinfo.az).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right