Region Liqasında növbəti biabırçılıq: əvvəl baş məşqçi, sonra futbolçu...

Region Liqasında keçirilən görüşlərdə xoşagəlməz olaylar yaşanmaqda davam edir.

Newsport.az-ın məlumatına görə, növbəti dəfə hakimə qarşı nalayiq ifadələr işlədən futbolçu və məşqçilər AFFA İntizam Komitəsi (İK) tərəfindən cəzalandırılıb.

“Füzuli” – İmişili” oyununun 35-ci dəqiqəsində qonaqların baş məşqçisi Süleyman İsayev hakimi təhqir edib. Onun oyunçusu Elnur Məmmədov isə məşqçisindən aldığı "dərsi" oyunun sonlarına yaxın tətbiq edib. Məşqçisindən geri qalmayan Məmmədov da referini söyüb. Nəticədə İK baş məşqçiyə 5, futbolçuya isə 4 oyunluq cəza kəsib.

“Ağsu Siti” – “Gənclik” (Sabirabad) görüşündə isə ikincilərin 2 oyunçusu eyni addıma əl atıb. Belə ki, əvvəlcə Amid Zeynalov, daha sonra isə Elmar İsgəndərov hakimləri söyüb. Bu səbəbdən hər iki futbolçu 4 matçlıq diskvalifikasiya edilib.

Futzal üzrə İkinci Liqanın "Baker Tilliy" – "Star Karqo" oyununda "Star Karqo"nun üzvü Anar Məmmədov ikinci sarı vərəqə alaraq, meydançadan çıxdığı zaman referini qeyri-etik ifadələrə "qonaq" etdiyi üçün komandasının növbəti 4 matçını buraxmalı olacaq.

Birinci Liqanın “Metropoliten” – “Sovetski” görüşündə Fərid Şahbazov təhqiramiz ifadələrə görə 3 oyunluq cəzalandırılıb. Həmin liqanın “Çinar Cəbrayıl” – “Sabunçu” görüşünə isə ikincilər vaxtında gəlmədikləri üçün 0:5 hesablı texniki məğlubiyyətlə üzləşiblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right