Amit Quluzadəni Bosniya və Hersoqovinaya aparan baş məşqçi istefaya göndərildi

Azərbaycan millisinin sabiq üzvü Amit Quluzadənin çıxış etdiyi Bosniya və Hersoqovinanın "Çelik" klubu baş məşqçisini dəyişib. 

Newsport.az xəbər verir ki, Zenitsa şəhərini təmsil edən klub türkiyəli Adnan Örnəklə yollarını ayırıb. Komanda Örnəkin həmyerlisi Cihat Arslana həvala olunub. Son olaraq Türkiyənin "Akhisarspor" klubunu çalışdıran 49 yaşlı mütəxəssislə 6 aylıq sözləşmə imzalanıb.

Qeyd edək ki, Amit Quluzadə keçmiş baş məşqçi Adnan Örnəkin istəyi ilə "Çelik"ə üz tutub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right