Paşayev “Şaxtyor”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Ukrayna Premyer Liqasında 19-cu turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə lider “Şaxtyor” (Donetsk) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:2.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Aleksandriya” geridə qalan turlarda topladığı 36 xalla 12 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right