Rüfət Dadaşov üçün 9 dəqiqə və 1 xal

Futbol üzrə Almaniya 3-cü Liqasında 25-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” klubu da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası səfərdə “Krefelder Uerdingen 05” ilə qarşılaşıb. Münster klubu bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Rüfət də bu görüşün iştirakçısı olub. O, 81-ci dəqiqədə meydana buraxılıb. Millimizin forvardı 85-ci dəqiqədə sarı vərəqə də alıb.

Dadaşovun komandası 25 turdan sonra 35 xalla 8-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right