Topaz Premyer Liqasında XIX turun hakimləri açıqlanıb

Azərbaycan Premyer Liqasının XIX turunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
 
Newsport.az  xəbər verir ki, “Neftçi” – “Sabah” matçını Vüqar Həsənli, “Səbail” – “Sumqayıt” qarşılaşmasını Səbuhi Bayramov idarə edəcək. Turun son günündə İnqilab Məmmədov “Zirə” – “Qəbələ”, Orxan Məmmədov isə “Keşlə” – “Qarabağ” görüşünün baş hakimi olacaq.
 
Azərbaycan Premyer Liqası
XIX tur
2 mart (şənbə)
 
18:30. “Neftçi” – “Sabah”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Nail Nağıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bakcell Arena”
 
16:00. “Səbail” – “Sumqayıt”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bayıl Arena”  
 
3 mart (bazar)
15:00. “Zirə” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Namiq Bəkirov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu
 
17:30. “Keşlə” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Nahid Xasıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov 
“ASK Arena”




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right