31-ci qol müəllifi

“Zirə”nin futbolçusu Mfo Kqasvane Azərbaycanda qol hesabını açıb. Newsport.az xəbər verir ki, botsvanalı hücumçu ilk qolunu Premyer Liqanın 18-ci turunda vurub. O, “Sumqayıt”la səfər matçında görüşün taleyini həll edən yeganə qolun müəllifi olub. 


Mfo “Zirə”nin heyətində Premyer Liqada qol sevinci yaşayan 31-ci futbolçudu. Bunadək klubun 30 oyunçusu çempionatda rəqib qapısına yol tapmışdı. Kqasvane “Zirə”də qol vuran 17-ci legioner və ilk Botsvana təmsilçisidi. Bu əcnəbilər 13 ölkəni təmsil edir və ümumilikdə 73 qol vurublar. 


Qeyd edək ki, Mfo təkcə “Zirə”də deyil, Azərbaycan çempionatları tarixində ilk Botsvana təmsilçisidi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right