Premyer Liqanın 17-ci turunda neçə azarkeş qeydə alındı?

Azərbaycan Premyer Liqasının 18-ci turunda qeydə alınan azarkeş sayı bəlli olub.

 

Newsport.az xəbər verir ki, turun ilk görüşü Qəbələ şəhər stadionunda "Qəbələ" və "Keşlə" arasında baş tutub. 0:0 hesabı ilə başa çatan görüşü stadionda 650 nəfər izləyib.

 

"Əlincə Arena"da baş tutan "Sabah" - "Qarabağ" matçında (1:1) 1700, "Bakcel Arena"da reallaşan "Neftçi" - "Səbail" qarşılaşmasında (1:2) isə 752 azarkeş qeydə alınıb.

 

Turun son oyunu "Kapital Bank Arena"da "Sumqayıt" və "Zirə" arasında baş tutub. Qonaqların 1:0 hesablı qələbəsini 1500 nəfər izləyib.

 

Beləliklə, 18-ci turda 4602 azarkeş qeydə alınıb. Bu da hər oyuna 1150,5 fanat deməkdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right