Yubileylər turu

Premyer Liqanın XVIII turu bir neçə məqamla əlamətdar olub. Məsələn, Sumqayıtda yerli komanda "Zirə"yə məğlub olsa da (0:1), "kimyaçılar"ın yarımmüdafiəçisi Elvin Məmmədov üçün xüsusi görüş alınıb. Newsport.az xəbər verir ki, belə ki, 90 dəqiqəni əvəz edilmədən keçirən 31 yaşlı futbolçu Azərbaycan Premyer Liqasında yubiley - 300-cü matçına çıxıb. O, buna "Turan", "İnter", "Qarabağ", "Bakı", "Zirə", "Qəbələ" və "Sumqayıt"ın heyətində keçirdiyi oyunlarla nail olub.
 
“Neftçi” – “Səbail” oyunu baş hakim Orxan Məmmədov üçün əlamətdar alınıb. Belə ki, qonaqların 2:1 hesabı ilə qalib gəldiyi görüş Məmmədovun elitada idarə etdiyi 100-cü oyun kimi tarixə düşüb. O, yubiley qarşılaşmasında 8 dəfə sarı vərəqəyə əl atıb. Həmin oyunda "Səbail"in müdafiəçisi Şəhriyar Rəhimov Premyer Liqada 222-ci matçına çıxıb və ölkə çempionatında ən çox oyun keçirən 100 futbolçu siyahısına daxil olub.
 
“Qəbələ” – “Keşlə” görüşündə qolsuz bərabərlik qeydə alınıb. Bu, birincilərin elitada 100-cü heç-heçəsi olub. Qonaqların hücumçusu Amil Yunanov 100-cü dəfə meydana çıxıb. "Qəbələ"nin yetirməsi olan 26 yaşlı forvard karyerası ərzində Premyer Liqada "Qəbələ", "Sumqayıt" və "Keşlə"nin formasını geyinib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right