Şeydayev “Astana”ya qarşı 90 dəqiqə oynadı

Rusiyanın “Krılya Sovetov” klubu Türkiyədə təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Samara təmsilçisi Qazaxıstan çempionu “Astana” ilə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu oyunda heç-heçəyə razılaşıb – 0:0.

Ramil də bu görüşün iştirakçısı olub. O, “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Astana”ya qarşı start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right