Dmitri Nazarov üçün 10 dəqiqə və 1 xal

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 23-cü turun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.
 
Sözügedən klub doğma meydanda “Duysburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Nazarov da bu görüşün iştirakçısı olub. O, 80-ci dəqiqədə meydana buraxılıb.
 
“Ersgebirge” hazırda 26 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right