Ozan Canın komandası yenə uduzdu

Futbol üzrə Türkiyə 1-ci liqasında 23-cü turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, gənclərdən ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Altay”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Ozan bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Girəsunspor” 23 turdan sonra 22 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right