Samir Abasov: "Nə yatıblar ki, nə də yuxu görələr"

Azərbaycan Premyer Liqasının 18-ci turunda "Zirə" səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Samir Abasov fikirlərini bölüşüb. 41 yaşlı mütəxəssis qələbəni şərh edib:

"Hələ görüləşəcək iş çoxdur. İlk yarıda indiyə qədər ən yaxşı futbolumuzu oynadıq. Son pillədə olsaydıq da, hədəf avrokuboka düşmək idi. Heyət də buna imkan verir. "Zirə" sonuncu yerdə olmağa layiq deyildi. "Zirə" layihəmdən həddindən artıq razıyam".

Abasov "Son pillədə olmağa hansı komanda layiqdir" sualına belə cavab verib:  "Kimin layiq olub-olmadığını siz seçin, püşk atın. Bəziləri liqaya təzə çıxıb, nə yatıblar ki, nə də yuxu görələr. İstəmirəm bu sözümü şişirdib, köşə mövzusu edəsiniz. Bunları ilin sonunda mükafat almaq üçün demirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right