Aleksandr Rıbka: "Heç olmasa, tribunaların yarısı azarkeşlə dolsun"

Azərbaycan Premyer Liqasının 18-ci turunda "Səbail" səfərdə "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.
 

Newsport.az-ın məlumatına görə, oyundan sonra qonaqların qapıçısı Aleksandr Rıbka jurnalistlərə müsahibə verib. Ukraynalı əlcək sahibi qələbəni şərh edib:

- Liderə qalib gəldik və bundan hamımız razıyıq. Aır oyun keçdi. Rəqib görüşün favoriti idi. Lakin favorit görüşdən qabaq olur. Hamı meydana çıxanda hesab 0-0 olur və şərtlər eynidir. Yaxşı müdafiə olundurq. Oyunumuzu əks-hücumlarda qurduq və qələbə əldə etdik.

- Oyundan öncə qalib gələcəyinizi düşünürdünüz?

- Bayaq dediyim kimi, oyun 0-0-dan başlayır və hər şey ola bilər. Ukraynada kiçik komandada oynamışam və iki dəfə "Şaxtyor"u məğlub etmişdik. "Dinamo" ilə bir dəfə heç-heçə edib, qələbə qazanmışdıq. Kiçik komandalar inkişaf edir və daha yaxşı olacaq. Bu cür xallar bizim üçün çox dəyərlidir.

- Oyundan sora "Neftçi" azarkeşləri ilə problemin yaşandı. Nə baş vermişdi?

- Onlar məni söyüb, təhqir edirdilər. Mənim heç bir problemim yoxdur.

- Deyəsən, onları hesabı göstərdiniz...

- Xeyr, xeyr. Belə şey etmədim. 

- "Səbail" üçüncü pillədə qərarlaşıb. Avrokuboklara vəsiqə qazana biləcəksiniz?

- Bizim məqsədlərimiz var. Ancaq gəlin, xalları mğvsümün sonunda hesablayaq. Hər oyuna ciddi hazırlaşırıq. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək. Növbəti tur "Sumqayıt"la qarşılaşcağıq. Bu oyunda da yaxşı nəticəni arzulayırıq. Mən turnir cədvəlinə çox baxmıram. Əsas odur ki, uduzmayaq.

- Azərbaycan Premyer Liqasında oynamaq sizin üçün çətin deyil?
- Bura öyrəşməyə çox vaxt lazım olmadı. Yəqin ki, bu, təcrübəmdən irəli gəlir. Yaxşı çempionatdır. Sözün düzünü deyim ki, buna kimi Azərbaycan çempionatını izləmirdim. Amma bura gəldiyim üçün şadam.

- Oyunlara az azarkeş gəlir. Bu sizin üçün maraqsız deyil?

- Bu barədə nə deyəcəyimi bilmirəm. Əlbəttə, çox istəyərdik ki, tribunaların heç olmasa, yarısı dolsun. Amma bizdən heç nə asılı deyil. Əgər insanlar futbolu sevirlərsə, gəlirlər.

- Çempionluq uğrunda "Neftçi" və "Qarabağ" mübarizə aparır. Hansı komandanı şanslı hesab edirsiniz?
- "Neftçi"də dostum Kirilo Petrov oynayır. "Neftçi"nin çempion olmasını istərdim.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right