"Neftçi" "Qarabağ"ın xal itkisindən yararlana bilmədi, "Sumqayıt" yenə də uduzdu Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub. İkinci oyun günündə iki görüş keçirilib.

Newsport.az-ın məlumatına görə, lider "Neftçi" "Səbail"i qəbul edib. 8-ci km stadionunda baş tutacaq matçda "ağ-qaralar" çempionluq yarışında əsas rəqibi "Qarabağ"ın xal itkisindən istifadə edə bilməyib və qarşılaşmadan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.

Tura Sumqayıtda yekun vurulub. Turnir cədvəlinin son sıralarında qərarlaşan "Sumqayıt"la "Zirə"nin duelində qonaqlar 1:0 hesabı ilə qalib gəlib.

 

24 fevral (bazar)

 

18:30.“Sumqayıt” – “Zirə” - 0:1 
Qol: 
Mfo Kqasvane,23
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Vüqar Həsənli 
“Kapital Bank Arena”

16:00.“Neftçi” – “Səbail” -1:2  
Qollar: 
Kevin Kubemba, 35 (0:1), Yevgeni Koçuk, 43 (0:2), Baqali Dabo,  56 (1:2)
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Namiq Bəkirov
 “Bakcell Arena”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right