“Qarabağ”dan “Yuventus”a atmaca

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində evdə “Yuventus”u 2:0 hesabı ilə məğlub edən "Atletiko” üstünlük qazanıb.

Newsport.az xəbər verir ki, ötən mövsüm qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində “Atletiko”nun rəqibi olmuş "Qarabağ”ın rəsmi "facebook” səhifəsi maraqlı paylaşım edib. Ağdam təmsilçisi paylaşımda “Yuventus”a “ilişib”. “Qarabağ”ın sosial şəbəkə hesabı Madriddə “Atletiko”ya vurduğu qolun videosunu paylaşaraq, bu sözləri qeyd edib: ““Yuventus”, “Atletiko”ya necə qol vurmağı görmək istəyirsiz? Miçel, bəlkə bir oyun(luq)?”

Xatırladaq ki, “Qarabağ” ötən mövsüm ÇL-də “Atletiko” ilə evdə 0:0, səfərdə isə 1:1 hesablı heç-heçə etmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right