"Qəbələ"nin "Keşlə" ilə 48-ci dueli

Bu həftə Azərbaycan Premyer Liqasında XVIII turun oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, "Qəbələ” öz meydanında "Keşlə” ilə üz-üzə gələcək. Qarşılaşma fevralın 23-də keçiriləcək . Qəbələ şəhər stadionundakı matç "qırmızı-qaralar”ın paytaxt təmsilçisi ilə 48-ci oyunu olacaq. İndiyədək komandamız "Keşlə” ilə 47 dəfə görüşüb.

Hesabında 15 qələbə olan "Qəbələ” digər oyunlarda 16 heç-heçə və eyni sayda məğlubiyyətlə üzləşib. Bu duellərdə ümumilikdə 110 qol vurulub. 50 dəfə rəqib qapısına yol tapan futbolçular 60 qol buraxıb. "Keşlə” ilə oyunlarda "Qəbələ”nin ən məhsuldar oyunçusu 5 qola sevinən Daniel Subotiçdir.

47 oyundan 42-si Premyer Liqa, 5-i kubok çərçivəsində keçirilib. Çempionat matçlarında 12 dəfə qalib gələn "Qəbələ” 16 heç-heçə edib və 14 dəfə uduzub. Komanda 43 qol vurduğu bu qarşılaşmalarda 53 top buraxıb.

"Qəbələ” 24-cü dəfə "Keşlə”ni öz meydanında qonaq edəcək. Evdə üstünlüyə malik olan "qırmızı-qaralar” 8 qələbə qazanıb, 10 heç-heçə edib və 5 dəfə uduzub. Rəqib qapısından 27 top keçirən futbolçular 22 qol buraxıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right