"Qarabağ" "Sabah"la oyuna itkiylə hazırlaşır

"Qarabağ" Azərbaycan Premyer Liqasının XVIII turunda qarşılaşacağı "Sabah"la oyunun hazırlıqlarına start verib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi bir günlük fasilənin ardından öz bazasında bir araya gəlib. Axşam saatlarında keçirilən hazırlıqda futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib. Məşq ikitərəfli oyunla başa çatıb.

Zədəli futbolçu Miçel məşqdə iştirak etməyib.

Qeyd edək ki, "Sabah" -  "Qarabağ" görüşü fevrlın 23-ü saat  16:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right