“Sumqayıt”la “Zirə”nin 15-ci dueli

Həftəsonu futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, “Zirə” səfərdə “Sumqayıt”la qarşılaşacaq. Bu, komandaların cari mövsümdə 3-cü görüşü olacaq. Ümumilikdə isə iki komanda Premyer Liqada 14 dəfə üz-üzə gəlib. 15-ci duelə üstünlüklə yollanan “Zirə” 7 dəfə qələbə qazanıb. Hesabında 3 heç-heçə olan zirəlilər 4 dəfə uduzub.

18 qol vuran “Zirə” futbolçuları 12 top buraxıb. Bu oyunlarda “Zirə”nin ən yaxşı bombardirləri Aleksandr Dedovla Vüsal İsgəndərlidi. Onlar hərəyə 3 dəfə fərqləniblər.

“Zirə” səfər oyunlarında 2 qələbə qazanıb, eyni sayda heç-heçə edib və 3 dəfə məğlub olub. Top fərqində isə bərabərlik hökm sürür – 6:6.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right