Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

Rusiyanın “Spartak” klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva təmsilçisi Rusiyanın 1-ci liqasında mübarizə aparan “Orenburq”la üz-üzə gəlib.

Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. 6-cı dəqiqədə hesabı açan ruslar 44-cü dəqiqədə üstünlüyü əldən veriblər.

Ayaz da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Quliyev 86-cı dəqiqədə əvəzlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right