“Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

"Qarabağ"ın sabiq futbolçusu Çumbinyo yenə klubunu dəyişib. Newsport.az xəbər verir ki, yarımmüdafiəçi Paulista Seria A2-də çıxış edən "İnter de Limeyra"da çox qalmayıb.
 
Qış fasiləsində "Səbail"in maraq dairəsində olan, lakin yanvarın 28-də ölkəsinə dönməyi üstün tutan 32 yaşlı oyunçu bu komandada heç bir ay duruş gətirməyib. Bu müddətdə "İnter de Limeyra"nın heyətində 3 oyun keçirən və 1 qola imza atan Çumbinyonun yeni klubunun adı da bəllidi. O, C seriyasının Qauço liqasında mübarizə aparan "Yuventude" ilə anlaşıb. "İnter de Limeyra"dakı komanda yoldaşları ilə vidalaşan yarımmüdafiəçi sənədlərini aldıqdan sonra "Yuventude" ilə rəsmi müqavilə imzalayacaq.
 
Qeyd edək ki, Çumbinyo "İnter de Limeyra"ya ötən ay Yunanıstan klubu "Levadiakos"dan keçmişdi.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right