PFL Gəncədən canlı yayım təşkil edəcək

I Divizionda 16-cı turun görüşləri fevralın 21-i və 22-si keçiriləcək.

 

Newsport.az xəbər verir ki, turun iki oyunu canlı yayımlanacaq.

 

Premyer Liqa ilə yanaşı, I Diviziona da diqqət ayıran Peşəkar Futbol Liqası qış fasiləsindən sonra üç oyunu "YouTube" kanalı ilə canlı yayımlamışdı. Bu turda da PFL iki qarşılaşmanı canlı yayımlayacaq. Belə ki, "Zirə-2" - MOİK və "Kəpəz" - "Zaqatala" görüşlərinin yayımı qurumun rəsmi "YouTube" kanalında təşkil ediləcək.

 

Qeyd edək ki, "Zirə-2" - MOİK görüşü fevralın 21-i, saat 15:00-da "AZAL Arena"da baş tutacaq. Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - Zaqatala oyunu isə fevralın 22-si, saat 15:00-da reallaşacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right