AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif birinciliklərlə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Region Liqasında “Qoşqar” (Gəncə) – “Şirvan” (Ağdaş) matçının 68-ci dəqiqəsində “Şirvan”ın futbolçusu Xəzər Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Region Liqasında “Şamaxı” – “Füzuli” matçının 66-cı dəqiqəsində “Füzuli”nin futbolçusu Şöhrət Rəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 76-cı dəqiqəsində “Şamaxı”nın futbolçusu Ceyhun Pənahov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Region Liqasında “Alyans” (Lənkəran) – “Ərkivan” (Masallı) matçının 71-ci dəqiqəsində “Ərkivan”ın futbolçusu Allahverdi İbayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Gənclər Liqasında “Zirə”  – “Səbail” matçının 90+3-cü dəqiqəsində “Səbail”in futbolçusu Ramin Məhərrəmli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Gənclər Liqasında “Qarbağ” – “Keşlə” matçının 90+4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Fərid Süleymanlı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

Gənclər Liqasında “Keşlə” – “Səbail” matçının 65-ci dəqiqəsində “Səbail”in futbolçusu Vidadi Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 90+4-cü dəqiqəsində “Keşlə”nin futbolçusu Akşin Eyyubov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Gənclər Liqasında “Qarabağ” – “Neftçi” matçının 37-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elnur Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Neftçi” – “Sumqayıt” matçının 62-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Nihat İmanlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 75-cı dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Vüqar Quliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

U-17 Liqasında “Keşlə” – “Mil-Muğan” matçının 30-cu dəqiqəsində “Mil-Muğan”ın futbolçusu İlkin Abbaslı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasında BFA – “Mil-Muğan” matçı başa çatdıqdan sonra “Mil-Muğan”ın futbolçusu Nihat Həşimli hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

U-15 Liqasında “Xilə” – “Sumqayıt” matçında “Xilə”nin icraçı direktoru Fuad Hüseynov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Oyunun 67-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Hikmət Hüseynov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb.

U-15 Liqasında “Neftçi” İK İB – “Qarabağ” matçında “Neftçi” İK İB klubunun baş məşqçisi Ramil Həbibov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında “Sabah” – “Keşlə” matçında “Keşlə”nin baş məşqçisi Zəfər Hüseynov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-13 Liqasında “Neftçi” İK İB (Siyəzən) – “Şahdağ” FK matçında “Şahdağ” yaş limitini pozduğuna görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Liqasında “Şirvanovka” (Qusar) – “Neftçi” İK İB matçında “Şirvanovka”nın heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-12 Qızlar Liqasında “Keşlə” (Bakı) – “Mil-Muğan” (İmişli) matçında “Keşlə”nin heyətində yetərsay olmadığına görə, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Birinci Liqanın “Füzuli”  – AZMİU  matçının 5-ci dəqiqəsində “Füzuli”nin futzalçısı Murad Gülməmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Birinci Liqanın “Baku Fans” – “Sovetski”  matçında “Sovetski”nin heyətində protokolda adı olmayan futzalçı iştirak etdiyinə görə, kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə İkinci Liqanın “Borçalı” – “Gilan”  matçında “Gilan”ın heyətində protokolda adı olmayan futzalçı iştirak etdiyinə görə, kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right