Rauf Cabbarovun durumuna aydınlıq gəldi

Azərbaycan Premyer Liqasının XVII turunda baş tutan “Keşlə” – “Sumqayıt” matçının ilk hissəsində zədələnən baş hakim Rauf Cabbarovun durumuna aydınlıq gəlib. 

Newsport.az xəbər verir ki, görüşün ikinci hissəsini çıxa bilməyən Rauf Cabbarovun baldırının arxa əzələsində birinci dərəcəli dartılma olub. O, bu zədəsinə görə, Premyer Liqanın XVIII turunda heç bir oyuna təyinat almayacaq. Cabbarov təxminən 10 gündən sonra məşqlərə başlayacaq. 

Qeyd edək ki, “Keşlə”nin 2:1 hesablı qələbəsi ilə başa çatan görüşün qalan hissəsini gənc Rauf Allahverdiyev idarə edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right