Azərbaycanlı idmançı Rusiyada adam öldürdü

Rusiyanın Volqoqrad şəhərində 23 yaşlı azərbaycanlı samboçu Ruslan İsayev 19 yaşlı Aleksandr Babareviçi başına vurduğu bir  zərbə ilə qətlə yetirib. Newsport.az qafqazinfo-ya istinadən xəbər verir ki, insident fevralın 16-da "Loft" gecə klubunun yaxınlığında baş verib.
 
İddia edilir ki, azərbaycanlılarla çıxan davada Aleksandr Ruslanın qardaşını təhqir edib. Əvvəlcə şifahi mübahisə yaranıb. Daha sonra isə mübahisə qızışıb və nəticədə Ruslan özündən fiziki cəhətdən zəif olan Aleksandra yumruq zərbəsi endirib. Babareviç bir zərbə ilə asfalta yıxılıb və həyatını itirib.
 
İsayev hazırda həbsdədi. Ona qarşı cinayət işi açılıb.  




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right