Giqqz millimizi siyahıdan sildi: "İkinci yer uğrunda mübarizə bizimlə Slovakiya arasında gedə bilər"

AÇ-2020-nin seçmə mərhələsində yığma komandamızla eyni qrupda qərarlaşan Uels millisinin baş məşqçisi Rayan Giqqz "The Guardian"a açıqlama verib.

Newsport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis seçmə mərhələyə uğurlu başlamaq istədiklərini deyib: "Əsas rəqiblərimizə qarşı yaxşı start verməliyik. Xorvatiyadan sonra qrup ikinciliyi uğrunda mübarizə bizimlə Slovakiya arasında gedə bilər. Slovakiyanın yeni baş məşqçisi var və onlarda istedadlı futbolçular cəmləşib. Marek Hamşik ön plana çıxır. O, "Napoli" tarixində Dieqo Maradonanı da keçərək, bombardir oldu. Slovakiya ilə ilk oyun böyük əhəməiyyət daşıyır".

Qeyd edək ki, AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya, Uels, Slovakiya, Macarıstan və Azərbaycan milliləri eyni qrupda qərarlaşıblar.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right