Əliyar Ağayev Türkiyəyə yollanacaq

Aprelin 19-dan 26-dək Türkiyənin Antalya şəhərində UEFA tərəfindən 14-15 yaşlı oğlanlardan ibarət komandaların iştirakı ilə “Video Köməkçi Hakim” (VAR) sertifikat turniri keçiriləcək. Turnirin oyunlarını idarə edəcək hakimlərə sonda sertifikatlar təqdim olunacaq.

Newsport.az xəbər verir ki, 42 hakim və hakim köməkçisinin dəvət aldığı turnirdə ölkəmizi FİFA referisi Əliyar Ağayev, FİFA hakim köməkçiləri Akif Əmirəli və Zeynal Zeynalov təmsil edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right