Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

Çexiyanın futbol üzrə gənclər liqasında 18-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Çeske Budeyoviçe” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 54-cü dəqiqədə əvəzlənib.

“Slaviya”nın U-21 komandası hazırda 20 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right