Yığmamızın üzvü Latviya klubunda

"Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının futbolçusu Tural Bayramlı Latviyanın "Dauqavpils" klubuna transfer olub.

Newsport.az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də şərəfini qoruyan Bayramlı ilə 6 ay + 1 illik müqavilə bağlanılıb. Anlaşmaya əsasən, oyunçu istəsə, yay transfer dönəmində "Dauqavpils"i tərk edə bilər.

 "Dauqavpils”in yaxın günlərdə "Sumqayıt"ın digər üzvü Nazim Bağırovla da sözləşmə imzalayacaq.

Qeyd edək ki, "Dauqavpils” Latviyanın birinci divizionunda çıxış edir. Komanda 22 turdan sonra 58 xalla turnir cədvəlinə başçılıq edir. Komanda Latviyanın əsas liqasında iştirak üçün əsas namizəddir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right