Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turunun oyunları üçün bütün təyinatlar müəyyənləşib.

Newsport.az xəbər verir ki, “Sabah” – “Qarabağ” matçını İnqlab Məmmədov, “Neftçi” – “Səbail” görüşünü isə Orxan Məmmədov idarə edəcək.

Azərbaycan Premyer Liqası
18-ci tur

23 fevral

14:00 Qəbələ – Keşlə
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rəhim Həsənov 
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli 
Qəbələ şəhər stadionu

16:30 Sabah – Qarabağ
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Rauf Allahverdiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Asif Əliyev 
“Əlincə Arena”

24 fevral

16:00 Neftçi – Səbail
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev 
8-ci km stadionu

18:30 Sumqayıt – Zirə
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Vüqar Həsənli 
Hakim-inspektor: Əhmədağa Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev 
Sumqayıt şəhər stadionu

Qeyd: İki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right