“Sumqayıt” 70-ə çatdı

“Sumqayıt” Azərbaycan Premyer Liqasında 70-ci səfər məğlubiyyətini alıb.

Newsport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, 17-ci turun “Keşlə” ilə qarşılaşmasına təsadüf edib. “ASK Arena”dakı görüşdə 1:2 hesabı ilə uduzan sumqayıtlılar, rəqib meydanında keçirdiyi 122-ci matçda “70”-ə çatıb. “Gənclik şəhəri” təmsilçisi səfərdə 19 qələbə qazanıb, 33 heç-heçə edib. Bu oyunlarda qonaqlar 108 qol vurub və 208-ni buraxıb.

“Sumqayıt” rəqib meydanında ən çox uduzan komandalar siyahısında 13-cü olan “Şəfa”ya çatıb. Hər iki komanda 70 dəfə uduzub. Antirekord isə “Turan”a məxsusdur. Artıq fəaliyyətini dayandıran Tovuz klubu rəqib meydanlarında 139 dəfə uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right