Almeyda həsrəti bitirdi

Premyer Liqanın XVII turunda "Qəbələ"ni qəbul edən "Qarabağ" 2:1 hesablı qələbə qazanıb. Newsport.az xəbər verir ki, bu qarşılaşma Ağdam klubunun heyətində ilk qolun müəllifi olan Riçard Almeyda üçün əlamətdar olub. Milliləşdirilmiş yarımmüdafiəçi uzun müddətdən sonra "Qarabağ"da fərqlənib.
 
Mövsümün ilk yarısını "Astana"da keçirən Almeyda "Qarabağ"ın forması altında sonuncu dəfə ötən il, aprelin 7-də "Səbail"lə qarşılaşmada toru silkələmişdi. Həmin oyunda ölkə çempionu məhz bu qol sayəsində 1:0 hesablı qələbə qazanmışdı. Bununla, Almeyda 316 gündən sonra doğma komandasının heyətində adını tabloya yazdırıb.
 
Qeyd edək ki, "Qarabağ" Almeydanı "Astana"dan icarəyə götürüb.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right