Qurban Qurbanov: "Qarşıda xal itkiləri çox olacaq"

Azərbaycan Premyer Liqasında XVII turun “Qarabağ” – “Qəbələ” (2:1) oyunundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

 

Newsport.az xəbər verir ki, 46 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:

 

- Futbolçularımı təbrik edirəm. Ağır oyunda vacib qələbə qazandıq. “Qəbələ”nin oyununu xüsusi qeyd etmək istəyirəm. Qış hazırlığından sonra yaxşı mənada dəyişiklik hiss olunur. Onlara da uğur arzulayıram.

 

- Əsas rəqibiniz “Neftçi”nin büdrəməsi əlavə təzyiq yaratmamışdı?
- Ola bilər ki, bu hiss olunurdu. Qarşımıza hər oyun daha yaxşı çıxış etməyi və qələbə qazanmağı məqsəd qoymuşuq. Qarşıda xal itkiləri çox olacaq. Çempionat ağır keçir. Gərginlik var idi. Bir qədər hiss olunurdu oyunda. Öz oyunumuzla yanaşı rəqiblərin nəticələrini də düşünürük.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right