"Mentalitetimiz buna imkan vermir” - Aftandil Hacıyev

“Əzmkar qələbə münasibətilə komandamı təbrik edirəm. İki fərqli hissə izlədik. İlk 10 dəqiqəni yaxşı keçirdik. Sonra boşluqlar verməyə başladıq, amma rəqib istifadə edə bilmədi”.

Newsport.az-ın məlumtına görə, bu sözləri “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 17-ci turunda “Sabah”a qalib gəldikləri oyundan (1:0) sonra mətbuat konfransında deyib.

Matçın vacibliyini vurğulayan çalışdırıcı qeyd edib: "Fasilədən sonra boşluqları aradan qaldırdıq. Rəqib turnir cədvəlində bizə yaxın idi. Ona görə vacib qarşılaşma hesab olunurdu. Onların da təhlükəli epizodları bundan qaynaqlanırdı. Fəhmin hücum etməyi xoşlayır. Jarjue də hücuma çox aludə olurdu. Nəticədə həmin cinahda boşluqlar yaranırdı. Onlara diqqətli olmağı tapşırdıq".

Baş məşqçi oyunda yaranan insidentlə bağlı da fikir bildirib:“Oyunda söyüşə qətiyyən yol vermək olmaz. Şəhriyar Rəhimovla Təmkin Xəlilzadə ilk dəqiqələrdən baş-başa gəldi. Belə məqamda diqqətli olmaq lazımdır. İradlarımızı futbolçulara bildirdik. Mentalitetimiz buna imkan vermir”.

A.Hacıyev yeni transferlər barədə də danışıb: "Həm Akpoveta, həm də İriberi adaptasiya dövrü keçir. Hücumda rəqabəti artırmaq istədik. Hər iki futbolçuya ehtiyacımız var. Ruslan Qurbanov isə zədəlidir. Oke daha hazır olduğuna görə hücumda yer aldı. Bizim üçün hər oyun çətin olur. Premyer Liqa mənim üçün də yeni həyəcan, fərqli təcrübədir. Futbolçu kimi yaşasam da, baş məşqçi kimi ilk ilimdir. Sonrakı turlarda necə olacaq, bilmirik". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right