Cavid Hüseynov: "İndi onun tərəfdarıyam ki, pis oynayaq, ancaq nəticə qazanaq"

“Qarabağ”la oyuna həmişə olduğu kimi, həftəlik proqram əsasında çalışmışıq. Bütün oyunlara necədisə, bu matça da elə hazırlaşmışıq. Başa düşürük ki, rəqib “Qarabağ”dır, güclü komandadır”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin kapitanı Cavid Hüseynov Azərbaycan Premyer Liqasının XVII turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyunu dəyərləndirərkən deyib. 

Təcrübəli yarımmüdafiəçi komandanın yüksəlişdə olduğunu bildirib: “Razıyam, mövsümün ilk yarısı ilə ikinci hissəsi arasında fərq var. Çalışırıq ki, qış fasiləsindən sonra daha çox qələbələr qazanaq. Həmçinin yaxşı çıxış etmək istəyirik. Bunun üçün əlimizdən gələni edirik. Ancaq “komanda tam hazırdır” demək doğru olmaz. Çünki 100 faiz hazır olmaq çətin məsələdir. Hər halda, oyundan-oyuna qələbələrimizin sayının artmasını istəyirik. Məqsədimiz budur ki, uğurlu nəticələrimiz davamlı olsun, sabit çıxış edək”.

O, “Qarabağ”la oyunda “Qəbələ”ni heç-heçə qane edəcəyini düşünür: “Məncə, bizi heç-heçə qane edəcək”.

30 yaşlı futbolçu daha çox yaxşı nəticə qazanmaq üçün çalışdıqlarnı sözlərinə əlavə edib: “Fikir verirsizsə, son oyunlarda minimal hesabla qalib gəlirik. Halbuki daha çox qol vura bilərdik. Əksinə, öz qapımızdan top da buraxa bilərdik. Lakin əsas nəticədir. Mən indi onun tərəfdarıyam ki, pis oynayaq, ancaq nəticə qazanaq”.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right