"Qəbələ"nin sabiq futbolçusu "Şaxtyor"da

"Qəbələ"nin sabiq futbolçusu Sergey Zenyov karyerasını Qazaxıstanda davam etdirəcək.

Newsport.az-ın məlumtına görə, Estoniya millisinin hücumçusu Premyer Liqa klubu "Şaxtyor"la müqavilə bağlayıb. Klub saytının məlumatına görə, 29 yaşlı futbolçu Karaqanda təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Zenyov 2015-2017-ci illərdə "Qəbələ"də çıxış edib. O, "qırmızı-qaralar"dan ayrıldıqdan sonra Polşanın "Krakoviya" klubuna keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right